...

İsrail əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını uzadıb

Dünya xəbərləri Materials 25 İyun 2020 20:44 (UTC +04:00)
İsrail əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını uzadıb

Bakı. Trend:

İsrail hökuməti əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını avqustun 1-dək uzadıb.

Trend-in məlumatına görə, bu barədə beynəlxalq aviaşirkətlər də xəbərdarlıq edilib.

Ölkədə koronavirs pandemiyası ilə əlaqədar tətbiq edilmiş bir sıra məhdudiyyətlər may ayının ortalarından yumşaldılmağa başlasa da, əcnəbi vətəndaşlara tətbiq olunan qadağanın müddəti uzadılıb.

Sonuncu dəfə bu müddət iyulun 1-dək uzadılmışdı.

Qeyd edək ki, bu günədək İsraildə 22 mindən çox şəxs koronavirusa yoluxub, 308 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti