...

Çində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 26 İyun 2020 02:19 (UTC +04:00)
Çində güclü zəlzələ baş verib

Bakı. Trend:

Çinin Sincan-Uyğur Muxtar Rayonunda 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri təxminən 114 min insanın yaşadığı Xotan şəhərindən 279 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hazırda xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti