Bakı. Trend:
Qəzza zolağından İsrail ərazisinə raket atılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, raket hava hücumundan müdafiə sistemi tərəfindən vurulub:
"Qəzza ilə sərhədə yaxın ərazilərdə hava hücumu sirenlərinin işə düşməsindən sonra raketin İsrail ərazisnə Qəzza zolağından atıldığını bildiririk. Raket İsrail Müdafiə Ordusunun hava hücumundan müdafiə sistemi tərəfindən vurulub".