...

"TikTok" ABŞ-da qadağan edilə bilər

Dünya xəbərləri Materials 7 İyul 2020 19:36 (UTC +04:00)
"TikTok" ABŞ-da qadağan edilə bilər

Bakı. Trend:

ABŞ-da Çin sosial şəbəkələri, o cümlədən "TikTok" tətbiqi qadağan edilə bilər.

Trend-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib. O bildirib ki, hazırda bu məsələ ciddi şəkildə nəzərdən keçirilir.

İddia olunur ki, "TikTok" kimi proqramlar istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməklə milli təhlükəsizliyə təhlükə yaradır.

Bir müddət əvvəl Hindistanda "TikTok", "WeChat" kimi Çin sosial şəbəkələri və proqramlarının fəaliyyəti qadağan olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti