...

Nyu-Yorkda quşla toqquşan təyyarə təcili eniş etdi

Dünya xəbərləri Materials 7 İyul 2020 17:03 (UTC +04:00)
Nyu-Yorkda quşla toqquşan təyyarə təcili eniş etdi

Bakı. Trend:

Nyu-Yorkda ABŞ-ın "Delta Airlines" aviaşirkətinin təyyarəsi Con Kennedi hava limanında təcili eniş etməli olub.

Trend-in məlumatına görə, buna təyyarənin quşla toqquşması səbəb olub.

Qeyd olunur ki, Floridadan Nyu-Yorka uçan "Airbus A319" La Quardiya hava limanında eniş etməli olsa da, insidentdən sonra digər hava limanında eniş edib.

Təyyarədə 43 sərnişin olub. Xəsarət alanların olmadığı deyilir. Toqquşmadan sonra təyyarənin burun hissəsində əzik yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti