...

Brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb

Dünya xəbərləri Materials 11 İyul 2020 14:48 (UTC +04:00)
Brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb

Bakı. Trend:

Hindistanın Qucarat ştatında koronavirus pandemiyası fonunda zərgərlik mağazalarından birində brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb.

Trend-in məlumatına görə, maskalara brilyantlarla yanaşı, qızıl da vurulur.

Mağaza sahibi bildirib ki, brilyantlarla bəzədiliş maska satmaq fikri bir müştərinin müraciətindən sonra yaranıb. Müştəri satıcıdan yaxın zamanlarda toyu olacaq cütlük üçün unikal hədiyyə istəyib.

Maskaların qiyməti üstündəki bəzəklərdən asılı olaraq 2 min dollarda 5 min dollardək təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti