Bakı. Trend:
Banqladeşin paytaxtı Dakadan 15 km məsafədə Narayanqanc şəhəri məscidində qazın partlaması nəticəsində ən az 16 nəfər öldü.
Trend-in məlumatına görə, bu barədə Associated Press agentliyi bildirib.
Məlumata əsasən, xəsarət alan 37 nəfər xəstəxanaya yerləşdirilib.
Xəstəxananın yanıq şöbəsinin koordinatoru bildirib ki, bədən sahələrinin 90% -ə qədər yanığı olan ən az 37 xəstəyə lazımi yardım göstərilir.
İlkin versiyaya görə, partlayış boru kəmərində qaz sızmasından sonra qazın yığılması nəticəsində baş verib.