...

Kamçatka sahilləri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 27 Oktyabr 2020 08:41 (UTC +04:00)
Kamçatka sahilləri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Rusiyanın Kamçatka yarımadasının şərq sahilləri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialında bildirilib.

Bildirilib ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Təkanların hiss olunması barədə yerli sakinlərdən gələn məlumat hələ dəqiqləşdirilməyib. Sunami təhlükəsi elan edilməyib. Xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti