...

İtaliyada sutkada koronavirusa yoluxma hallarında yeni maksimum artım qeydə alınıb

Dünya xəbərləri Materials 6 Noyabr 2020 23:26 (UTC +04:00)
İtaliyada sutkada koronavirusa yoluxma hallarında yeni maksimum artım qeydə alınıb

Bakı. Trend:

İtaliyada son sutka ərzində koronavirusa yoluxma hallarının sayı 37 809 nəfər artıb, yoluxanlar 234 mindən çox test əsasında müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Yeni yoxunların və testlərin sayı bütün pandemiya dövrü üçün maksimumdur. Sutka ərzində 446 nəfər koronavirus infeksiyasının fəsadlarından ölüb.

Ölkədə ölənlərin ümumi sayı 40 638-ə çatdı, 322 925 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti