...

Rusiyada koronavirusdan ölənlərin sayı 30 mini keçdi

Dünya xəbərləri Materials 7 Noyabr 2020 13:07 (UTC +04:00)
Rusiyada koronavirusdan ölənlərin sayı 30 mini keçdi

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,75 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 20 396 nəfər virusa yoluxub, 364 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 753 836 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 30 251 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 312 927 nəfər virusdan sağalıb, 410 658 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti