...

İraq Silahlı Qüvvələrinin müşahidə məntəqəsinə hücum edilib, 11 nəfər ölüb

Dünya xəbərləri Materials 9 Noyabr 2020 05:26 (UTC +04:00)
İraq Silahlı Qüvvələrinin müşahidə məntəqəsinə hücum edilib, 11 nəfər ölüb

Bakı. Trend:

Bağdad şəhərindən qərbdə yerləşən İraq müşahidə məntəqəsinə silahlıların hücumu nəticəsində ən az 11 nəfər ölüb, 8 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin As Sumaria telekanalı bildirib.

Məlumata əsasən, hücum zamanı silahlılar qumbara və avtomatik silahdan istifadə ediblər.

Atışma nəticəsində beş hərbçi və altı mülki şəxs həlak olub.

Həkimlər səkkiz nəfərin yaralandığını bildirib. Yaralananlar Bağdaddakı xəstəxanalarından birinə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti