...

Moskvada koronavirusdan ölənlərin sayı 8 600 nəfəri ötüb

Dünya xəbərləri Materials 26 Noyabr 2020 02:05 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 73 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 73 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 8 603 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti