...

Rusiya koronavirusa qarşı istifadə olunan dərmanın ixracını dayandırdı

Dünya xəbərləri Materials 25 Dekabr 2020 17:26 (UTC +04:00)
Rusiya koronavirusa qarşı istifadə olunan dərmanın ixracını dayandırdı

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada yüksək tələbat yaranması ilə əlaqədar koronavirusun müalicəsi üçün istifadə olunan "Avifavir" preparatının ixracı dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.

Qeyd olunub ki, dərmanın digər ölkələrə ixracı istehsal həcminin artmasından sonra mümkün olacaq.

Rusiyanın Birbaşa İnvestisiyalar Fondu "XimRar" şirkətinin istehsalı olan favipiravir kimyəvi tərkibli "Avifavir" preparatı bu ilin may ayında qeydiyyata alınıb və dünyada COVID-19-a qarşı ilk dərman olub.

Bir müddət əvvəl bir sıra Latın Amerikası ölkəsi, Səudiyyə Ərəbistanı və Bolqarıstan Rusiyadan həmin dərmanı almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti