Bakı. Trend:
ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri Aleks Azar istefaya gedib.
Trend-in "CNN"ə istinadən verdiyi məlumata görə, A.Azarın istefaya getməsinə səbəb yanvarın 6-sı Vaşinqtonun mərkəzində baş verən iğtişaşlar olub.
A.Azar bildirib ki, iğtişaşlar ABŞ-ın demokratiya sisteminə hücum idi. Baş verənlər ABŞ prezidenti Donald Trampın administrasiyasının nailiyyətlərinə kölgə salmaqla təhdid edir.