...

Çində ağır yol qəzası olub: 11 nəfər ölüb, 19 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 4 Aprel 2021 08:21 (UTC +04:00)

Bakı. Trend:

Çinin şərqində sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 11 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Məlumata əsasən, toqquşma Şenyan - Haykou avtomobil yolunda baş verib. Qəzanın səbəbi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti