...

ABŞ BCM-nin iki üzvünü sanksiya siyahısından çıxarıb

Dünya xəbərləri Materials 5 Aprel 2021 22:19 (UTC +04:00)
ABŞ BCM-nin iki üzvünü sanksiya siyahısından çıxarıb

Bakı. Trend:

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki əməkdaşını keçmiş prezident Donald Trampın administrasiyası tərəfindən ötən ilin sentyabr ayında əlavə edildikləri sanksiya siyahısından çıxarıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, sanksiya siyahısından BCM-nin prokuroru Fatu Bensuda və BCM-nin şöbə rəisi Fakiso Moçoçoko çıxarılıb.

Xatırladaq ki, aprelin 2-si ABŞ dövlət katibi Entoni Blinken Beynəlxalq Cinayət Məhkəməsinə qarşı tətbiq edilmiş sanksiyaların ləğv edildiyini açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti