...

Hindistanda koronavirusa yoluxma və ölüm sayı rekord vurub

Dünya xəbərləri Materials 23 Aprel 2021 10:22 (UTC +04:00)
Hindistanda koronavirusa yoluxma və ölüm sayı rekord vurub

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistanda koronavirusa gündəlik yoluxma və ölüm hallarında ən yüksək göstəricilər qeydə alınıb.

Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 332 730 nəfər virusa yoluxub.

Bundan başqa, 2,2 min çox xəstə vəfat edib. Bu günədək Hindistanda koronavirusa yoluxanların sayı 16,2 milyon nəfəri keçib. 187 minə yaxın şəxs virusun qurbanı olub.

Hindistan yoluxma sayına görə dünya ölkələri arasında ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti