...

ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib

Dünya xəbərləri Materials 11 May 2021 08:05 (UTC +04:00)
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib

Bakı. Trend:

ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyi yanında Qida və Dərmanların Keyfiyyətinə Nəzarət İdarəsi 12-15 yaş arası yeniyetmələr üçün BioNTech və Pfizer peyvəndinin vurulmasını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə İdarədən xəbər verilib.

Bildirilib ki, bununla da İdarə 11 dekabr 2020-ci il tarixli Təcili İstifadə icazəsinə dəyişiklik edib. Bundan qabaq həmin icazə yalnız 16 yaş və yuxarı yaşlarda olan insanları əhatə edib.

Qeyd olunub ki, müvafiq icazənin verilməsi pandemiya ilə mübarizədə əhəmiyyətli bir addımdır:

"Bu, daha gənc bir əhalini qorumağa imkan verərək, normal vəziyyətə qayıtmağa və pandemiyaya son qoymağı yaxınlaşdıracaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti