...

Şri-Lankada daşqınlar və torpaq sürüşməsi 14 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 6 İyun 2021 20:00 (UTC +04:00)
Şri-Lankada daşqınlar və torpaq sürüşməsi 14 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Şri-Lankada leysan yağışları daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində azı 14 nəfər həlak olub.

Məlumata əsasən, onlardan 10 nəfəri daşqınlar nəticəsində, 4 nəfəri isə torpaq sürüşmələri nəticəsində ölüblər.

Bildirilir ki, daşqınlar baş verən rayonlara 33 xilasedici briqada göndərilib. Son məlumatlara əsasən, 66 nəfər xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti