...

İranda təcili yardım vertolyotu qəzaya uğrayıb

Dünya xəbərləri Materials 19 İyun 2021 12:53 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Lorestan vilayətinin Əliqodərz rayonunda təcili yardım vertolyotu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bunu İranın Lorestan vilayəti Qırmızı Aypara Cəmiyyətinin icraçı direktoru Sarom Rzayi deyib.

S.Rzayinin sözlərinə görə, qəza nəticəsində 1 nəfər ölüb və 11 nəfər yaralanıb.

Rzayi əlavə edib ki, hadisə yerinə xilasetmə qüvvələri cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti