...

Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlandı

Dünya xəbərləri Materials 27 İyun 2021 12:06 (UTC +04:00)
Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlandı

Bakı. Trend:

Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, seçkilərin nəticələrini Ermənistan Mərkəzi Seçki Komissiyası yayıb.

Məlumata əsasən, baş nazir vəfizəsini icra edən Nikol Paşinyanın "Mülki Müqaviləsi" partıyası qalib gəlib (53.91 faiz səs), ikinci yeri keçmiş prezident Robert Koçaryanın "Ermənistan" bloku (21.9 faiz səs) tutub.

Seçki Komissiyasının nümayəndəsi Tiqran Mukuçyan bildirib ki, yekun nəticələrə görə, "Mülki Müqavilə" partiyasına 687 761 (53.91 faiz), "Ermənistan" blokuna isə 269 481 (21,9 faiz) seçici səs verib.

N.Paşinyanın partiyası və R.Koçaryanın blokundan əlavə, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın "Şərəfim var" bloku da 5.22 faiz səs qazanaraq parlamentə daxil oldu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti