...

İsveçdə təyyarə qəzaya uğrayıb, ölənlər var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 9 İyul 2021 04:51 (UTC +04:00)
İsveçdə təyyarə qəzaya uğrayıb, ölənlər var (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İsveçin Erebru şəhərində təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə yerli polisə istinadən "Aftonbladet" qəzeti xəbər verib.

Qəzetin məlumatına əsasən, təyyarənin göyərtəsində olan pilot və 8 paraşütçü qəza nəticəsində həlak olub.

XXX

22:54

İsveçin Erebru şəhərində təyyarə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza zamanı təyyarənin göyərtəsində pilot və 8 paraşütçü olub.

Məlumata əsasən, qəza nəticəsində azı 1 nəfər xəsarət alıb, bir neçə nəfər isə həlak olub. Ölən və yaralananların dəqiq sayı bildirilirmir.

Qeyd edilir ki, təyyarə hava qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb və alışıb. Hazırda yanğın söndürülüb, hadisə yerində xilasedicilər, polis əməkdaşları və tibb işçiləri çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti