...

Türkiyə ordusu Suriyanın şimalında 7 terrorçunu məhv edib

Dünya xəbərləri Materials 25 İyul 2021 14:01 (UTC +04:00)
Türkiyə ordusu Suriyanın şimalında 7 terrorçunu məhv edib

Bakı. Trend:

Türkiyə ordusu "Fərat Qalxanı" əməliyyatı zonasında iki hərbçinin ölümünə cavab olaraq Suriyanın şimalında azı 7 terrorçunu məhv edib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Türkiyə Silahlı Qüvvələrinin effektiv zərbələri sayəsində, ilkin məlumatlara görə, yeddi terrorçu məhv edilib. Terrorçular cinayət əməllərinə görə layiq olduqları cəzalanı alırlar".

Bildirilir ki, terrorçuların obyektlərinə qarşı əməliyyatlar və zərbələr davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti