Bakı. Orxan Nəbiyev - Trend:
Çexiyanın qərbindəki Domajlitse şəhəri yaxınlığında iki sərnişin qatarı toqquşub.
Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub. Daha 40 nəfərin xəsarət aldığı bildirilib.
Xəsarət alanlardan 7 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.
Qəzanın səbəblərinin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılıb. İlkin ehtimallara görə, toqquşmaya maşinistlərdən birinin diqqətsizliyi və qırmızı işığa fikir verməməsi səbəb olub.