...

İsrail və Mərakeş bir neçə ay ərzində səfirlik açmağa razılaşıblar

Dünya xəbərləri Materials 13 Avqust 2021 08:26 (UTC +04:00)
İsrail və Mərakeş bir neçə ay ərzində səfirlik açmağa razılaşıblar

Bakı. Trend:

İsrail və Mərakeş bir neçə ay ərzində diplomatik əlaqələrin səviyyəsini yüksəltmək və səfirliklər açmaq barədə razılığa gəliblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Mərakeşdə səfərdə olan İsrailin xarici işlə naziri Yair Lapid deyib.

Y.Lapid bildirib: "Diplomatik əlaqələrin səviyyəsini yüksəltmək niyyətindəyik - əlaqə bürolarından səfirliklərə qədər. Bir neçə aydan sonra səfirliklər açacağıq".

Qeyd edək ki, ötən gün Y.Lapid Rabat şəhərində İsrailin Mərakeşdəki əlaqə bürosunun (diplomatik nümayəndəlik) açışılında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti