...

1,5 milyard "Facebook" istifadəçisinin məlumatları satışa çıxarılıb

Dünya xəbərləri Materials 5 Oktyabr 2021 00:09 (UTC +04:00)

Bakı. Trend:

1,5 milyarddan artıq "Facebook" istifadəçisinin şəxsi məlumatları populyar xaker forumunda satışa çıxarılıb.

Trend-in məlumatına görə, bu barədə "PrivacyAffairs" portalı xəbər verib.

Bildirilir ki, satışa çıxarılan məlumatlar istifadəçilərin adları, e-poçt ünvanları, telefon nömrələri, yerləri və sair məlumatları əhatə edir.

Qeyd edilir ki, bu, sosial şəbəkə tarixində istifadəçi məlumatlarının ən böyük sızıntısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti