...

Solomon adaları yaxınlığında güclü zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 15 Oktyabr 2021 07:39 (UTC +04:00)

Bakı. Trend:

Sakit okeanın cənub-qərbində yerləşən Solomon adaları yaxınlığında 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri ada dövlətinin Honiara şəhərindən 180 km şimal-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti