...

ABŞ-da futbol matçından sonra atışma olub, yaralılar var

Dünya xəbərləri Materials 16 Oktyabr 2021 13:22 (UTC +04:00)
ABŞ-da futbol matçından sonra atışma olub, yaralılar var

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın Alabama ştatında məktəblər arasında keçirilən futbol matçından sonra atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində dörd nəfər, o cümlədən iki yeniyetmə yaralanıb.

Qeyd olunur ki, atışma insanların stadiondan çıxışı zamanı baş verib.

Yerli polisin məlumatına görə, hadisədən sonra iki şübhəli şəxs avtomobillə ərazini tərk edib.

Hazırda şübhəlilərin axtarışları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti