...

İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verilib

Dünya xəbərləri Materials 2 Dekabr 2021 03:04 (UTC +04:00)
İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verilib

Bakı. Trend:

İtaliyanın Dərman Məhsulları üzrə Agentliyi (AİFA) ölkədə 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verib.

Trend-in məlumatına görə, bununla bağlı qərar ötən gün keçirilən iclasda qəbul edilib.

Məlumata əsasən, 5-11 yaşlı uşaqlara 3 həftə ara ilə iki doza "Pfizer-Biontech" peyvəndi vurulacaq. Bildirilir ki, uşaqlar üçün olan doza normal dozanın üçdə birini təşkil edəcək.

Qeyd edilir ki, uşaqların vaksinasiyası təxminən dekabrın 20-dən sonra başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti