...

Çin və ABŞ hərbi dialoqa hazırlaşırlar

Dünya xəbərləri Materials 2 Dekabr 2021 08:48 (UTC +04:00)
Çin və ABŞ hərbi dialoqa hazırlaşırlar

Bakı. Trend:

Çin və ABŞ hərbi xətt üzrə yüksək səviyyəli dialoqa hazırlaşırlar.

Trend-in məlumatına görə, bu barədə "South China Morning Post" qəzeti xəbər yayıb.

Məlumata əsasən, görüş telefon və ya videokonfrans vasitəsilə yanvar ayında baş tuta bilər. Danışıqlarda ABŞ-ın müdafiə naziri Lloyd Ostin, Çinin müdafiə naziri Vey Fenhe və Mərkəzi Hərbi Şuranın sədrinin müavini Süy Tsilən iştirak edəcəklər.

Qeyd edilir ki, hərbi xətt üzrə dialoqun aparılması üzrə razılıq noyabrda ABŞ prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçirilən onlayn-görüş zamanı əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti