...

ABŞ mübahisəli məsələlərdə Rusiya ilə dialoqa hazır olduğunu açıqlayıb

Dünya xəbərləri Materials 11 Dekabr 2021 01:52 (UTC +04:00)
ABŞ mübahisəli məsələlərdə Rusiya ilə dialoqa hazır olduğunu açıqlayıb

Bakı. Trend:

ABŞ administrasiyası Rusiya Federasiyasının mübahisəli məsələlər üzrə dialoqa can atmasını normal hesab edir, lakin bu cür təmasların formatı ilə bağlı heç bir aydınlıq yoxdur.

Trend xəbər verir ki, bunu Ağ Ev sözçüsü Cen Psaki söyləyib.

Onun sözlərinə görə, ABŞ-ın əvvəllər Rusiya ilə, daha əvvəl isə SSRİ ilə bu cür təmaslar üçün müxtəlif formatları olub və onlarda bəziləri indiki reallıqlarda işləyə bilər.

Xatırladaq ki, bu həftənin əvvəlində ABŞ prezidenti Co Bayden dekabrın 10-dək ABŞ-ın Rusiya ilə növbəti təmasları barədə məlumat verə biləcəyinə ümidvar olduğunu bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti