...

Ağ Ev Baydenin qapanma elan etmək fikrində olmadığını söyləyib

Dünya xəbərləri Materials 21 Dekabr 2021 03:21 (UTC +04:00)
Ağ Ev Baydenin qapanma elan etmək fikrində olmadığını söyləyib

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı həmvətənlərinə COVID-19 koronavirusu ilə bağlı müraciət edəcək. Lakin o qapanma elan etməyi planlaşdırmır.

Trend xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.

Onun sözlərinə görə, müraciətdə söhbət qapanmadan getmiyəcək. Bayden əsasən peyvəndləməni sürətləndirmək üçün yeni tədbirlər haqqında danışmağı planlaşdırır.

Ölkə başçısı həmçinin koronavirusa qarşı peyvənd olunmaq istəməyən amerikalılara sağlamlıqlarına risklər barədə xəbərdarlıq etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti