...

"TikTok" "Google" və "Facebook"u geridə qoydu

Dünya xəbərləri Materials 23 Dekabr 2021 09:21 (UTC +04:00)
"TikTok" "Google" və "Facebook"u geridə qoydu

Bakı. Trend:

"TikTok" sosial şəbəkəsi 2021-ci ildə ən çox ziyarət edilən sayt olub.

Trend-in məlumatına görə, bu barədə "Cloudflare" portalının hazırladığı domenlərin reytinqində deyilir.

Bununla da Çinin sosial şəbəkəsi 2020-ci ildə lider olan "Google.com" və "Facebook.com" kimi saytları geridə qoyub.

Şirkətin araşdırmasına görə, qısa videoların paylaşılması və baxışı üçün istifadə olunan "TikTok" reytinqdə ilk pilləyə fevral ayında qalxıb və bu mövqeni avqust ayından etibarən davamlı olaraq qoruyub.

Reytinqdə ikinci "Google.com", üçüncü yerdə isə "Facebook.com" domenləri qərarlaşıb. Həmçinin reytinqə "Microsoft", "Apple", "Amazon", "Netflix", "YouTube", "Twitter" və "WhatsApp" kimi saytlar da daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti