...

“Türk Hava Yolları” aviaşirkəti Qazaxıstana xüsusi səfər edəcək

Dünya xəbərləri Materials 8 Yanvar 2022 02:21 (UTC +04:00)
“Türk Hava Yolları” aviaşirkəti Qazaxıstana xüsusi səfər edəcək

Bakı. Trend:

"Türk Hava Yolları" (THY) aviaşirkəti Qazaxıstanda baş verən son hadisələrdən sonra THY-nin uçuş heyətinin Almatıda qalan üzvlərini və digər hava yolu şirkətlərinin işçilərini Türkiyəyə gətirmək məqsədilə xüsusi səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə şirkətdən açıqlama verilib.

Bildirilib ki, lazımi icazələrin alınmasından sonra bu gecə Qazaxıstanın Almatı şəhərinə səfər edəcək təyyarənin dekabrın 8-i günorta saatlarında İstanbul hava limanına qayıtması planlaşdırılır. Xüsusi reys vasitəsilə 75 nəfərin təxliyə edilməsi gözlənilir.

Qeyd edək ki, "Türk Hava yolları" aviaşirkəti yanvarın 9-na qədər Qazaxıstana olan bütün səfərləri təxirə salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti