...

Fransada sutka ərzində koronavirusa yoluxanların sayında antirekord yenilənib

Dünya xəbərləri 19 Yanvar 2022 01:52 (UTC +04:00)
Fransada sutka ərzində koronavirusa yoluxanların sayında antirekord yenilənib

Bakı. Trend:

Fransada son sutka ərzində koronavirusa 464 min nəfər yoluxub ki, bu da pandemiyanın başlanğıcından ən yüksək göstəricidir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa Milli İctimai Səhiyyə Agentliyi yayıb.

Əvvəlki antirekord yanvarın 11-də qeydə alınmışdır: sutka ərzində 368 min yoluxma. Ölkədə orta xəstələnmə göstəricisi 100 000 nəfərə 3 min yolxuma halı təşkil edir.

Yanvarın 18-nə olan məlumata görə, 67 milyon əhalisi olan ölkədə təxminən 52 milyon insan peyvəndin tam kursunu başa vurub, 32 milyondan çox fransız isə üçüncü dozanı qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti