...

Türkmənistanda növbədənkənar prezident seçkilərinin vaxtı açıqlanıb

Dünya xəbərləri Materials 12 Fevral 2022 12:48 (UTC +04:00)
Türkmənistanda növbədənkənar prezident seçkilərinin vaxtı açıqlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Türkmənistanda növbədənkənar prezident seçkiləri martın 12-də keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bildirib.

Komissiyanın açıqlamasında deyilir ki, prezident Qurbanqulı Berdıməhəmmədov seçkilərin keçirilməsi barədə tapşırıq verib.

Xatırladaq ki, ötən gün Q.Berdıməhəmmədov Türkmənistan parlamentində çıxışı zamanı "gənc idarəçilərə yol vermək niyyətində olduğunu" bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti