...

Rusiya BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı qətnamə layihəsinə veto qoyub

Dünya xəbərləri Materials 26 Fevral 2022 07:34 (UTC +04:00)

Bakı. Trend:

Rusiya BMT Təhlükəsizlik Şurasında Ukraynadakı hərbi əməliyyatı pisləyən qətnamə layihəsinə veto hüququndan istifadə edib.

Trend-in məlumatına görə, layihənin lehinə 11 ölkə, o cümlədən ABŞ və Fransa səs verib.

Çin və Hindistan da daxil olmaqla üç ölkə bitərəf qalıb. Veto hüququna malik Rusiya əleyhinə səs verib.

Qətnamə layihəsi ABŞ və bir sıra digər ölkələr tərəfindən hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti