Bakı. Trend:
“Mercedes-Benz” şirkəti də Rusiyaya minik avtomobillərinin çatdırılmasını və bu ölkədə istehsalını dayandırmağa qərar verib.
Trend-in məlumatına görə, bu barədə şirkətin "Twitter" səhifəsində məlumat verilib.
"Mercedes-Benz" Rusiyaya avtomobil və furqonların, eləcə də Rusiyada yerli istehsalın ixracını növbəti xəbərdarlığa qədər dayandıracaq", - deyə qeyd olunub.
Məlumatda “Mercedes-Benz” şirkətinin niyə bu qərarı almasının səbəbləri açıqlanmır.