...

İranda daha 154 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 5 Mart 2022 15:35 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 4 089 nəfər koronavirusa (COVID-19) yoluxub, 154 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 137 747 nəfərə, yoluxanların sayı isə 7 084 306 nəfərə çatıb. Virus daşıyıcılarından 3 983 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 719 004 nəfər koronavirusdan sağalıb, 47,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 143 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55,7 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 23,8 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti