...

Konqoda qatarın relsdən çıxaması nəticəsində ölənlərin sayı 75-ə çatıb

Dünya xəbərləri Materials 14 Mart 2022 05:05 (UTC +04:00)
Konqoda qatarın relsdən çıxaması nəticəsində ölənlərin sayı 75-ə çatıb

Bakı. Trend:

Konqo Demokratik Respublikasında (KDR) qatarın relsdən çıxamsı nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə KDR-nin Milli Dəmiryol Şirkətinin direktoruna istinadən "Agence France-Presse" xəbər yayıb.

Məlumata əsasən, qəza nəticəsində azı 75 nəfər ölüb, 125 nəfər yaralanıb. Ən ağır xəsarət alan 28 zərərçəkmiş ixtisaslaşdırılmış tibb məntəqələrinə göndərilib.

Xatırladaq ki, martın 10-u axşam saatlarında Lualaba əyalətində mövcud qadağaya baxmayaraq insanları daşıyan yük qatarı qəzaya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti