...

Bu günədək dünyada koronavirus əleyhinə 11 milyarda yaxın vaksin vurulub

Dünya xəbərləri Materials 14 Mart 2022 16:30 (UTC +04:00)
Bu günədək dünyada koronavirus əleyhinə 11 milyarda yaxın vaksin vurulub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu günədək 184 ölkədə COVID-19 əleyinə 10,9 milyard doza vaksin vurulub.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyinin yayımladığı hesabatda deyilir.

Qeyd olunur ki, hər gün dünyada orta hesabla 21,3 milyon doza vaksin vurulur. Bu templə davam edəcəyi təqdirdə növbəti 9 ay ərzində dünya əhalisinin 75 faizi peyvənd olunacaq.

"Bloomberg"in hesablamalarına əsasən, ölkələr arasında ən çox vaksin Çində vurulub - 3,2 milyard doza. Bu, ölkədə əhalinin 87,3 faizinin tam vaksin olunduğunu bildirir. Bu göstərici Fransada 80,6 faiz, Yaponiyada 79,8 faizə bərabərdir.

Eyni zamanda, Konqo Demokratik Respublikasında əhalinin 0,5 faizi, Çad və Haitidə 0,9 faizi tam vaksn olunub.

Qeyd edək ki, dünyada bu günədək 457 milyona yaxın şəxs koronavirusa yoluxub, ölənlərin sayı 6 milyona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti