Bakı. Trend:
Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya (parlament) ölkədə hərbi vəziyyətin daha 30 gün uzadılması ilə bağlı qanun layihəsi təqdim edib.
Trend yerli KİV-ə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi parlamentin saytında dərc olunub.
Sənəd Ukraynada hərbi vəziyyətin 26 mart saat 05:30-dan 30 gün müddətinə uzadılmasını nəzərdə tutur.
Xatırladaq ki, Ukraynada hərbi vəziyyət fevralın 24-də 30 gün müddətində tətbiq edilib.