...

Ağ Evin mətbuat katibi Cen Psaki istefaya gedəcək

Dünya xəbərləri Materials 6 May 2022 02:00 (UTC +04:00)
Ağ Evin mətbuat katibi Cen Psaki istefaya gedəcək

Bakı. Trend:

Ağ Evin mətbuat katibi Cen Psaki vəzifəsindən istefaya gedəcək, onun yerinə onun müavini Karin Kan-Pyer təyin olunacaq.

Trend xəbər verir ki, bu barədə Ağ Evdən verilən açıqlamada deyilir.

"Karin özü ilə təkcə belə çətin bir iş üçün lazım olan təcrübə, istedad və dürüstlük gətirməyəcək, o həm də Amerika xalqı adından Bayden - Harris administrasiyasının işi haqqında məlumatların yayılmasına rəhbərlik etməyə davam edəcək. Mən Cen Psakiyə yüksək peşəkarlığına, özünəməxsus yumor hissi ilə Amerika xalqı ilə birbaşa və səmimi ünsiyyətinə görə təşəkkür etmək istəyirəm", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti