...

Avropada təbii qaz gün ərzində 20 faiz bahalaşıb

Dünya xəbərləri Materials 12 May 2022 19:09 (UTC +04:00)
Avropada təbii qaz gün ərzində 20 faiz bahalaşıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 200 dolları ötüb.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın iyun fyuçersləri 1 263 dollar ətrafında alınıb-satılır.

Gün ərzində qiymətlər 20 faiz bahalaşıb.

Qeyd edək ki, Ukrayna mayın 11-dən başlayaraq "Soxranovka" məntəqəsindən təbii qaz tranzitinin dayandırıldığını açıqlamışdı.

Xatırladaq ki, martın 7-də Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti