...

Ərdoğan Qətərin Əmirini qəbul edib

Dünya xəbərləri Materials 13 May 2022 23:39 (UTC +04:00)
Ərdoğan Qətərin Əmirini qəbul edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tanini qəbul edib.

Trend xəbər verir ki, Türkiyə lideri ali qonağı İstanbuldakı “Vahdettin” iqamətgahının girişində şəxsən qarşılayıb.

Ərdoğan və Əl-Tani sarayda bir müddət söhbət edib, daha sonra danışıqların rəsmi hissəsinə keçiblər.

Türkiyə və Qətər liderlərinin dialoqu mətbuata qapalı formatda baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti