...

Fransanın Baş naziri istefa verib

Dünya xəbərləri Materials 16 May 2022 20:26 (UTC +04:00)
Fransanın Baş naziri istefa verib

Bakı. Trend:

Fransanın Baş naziri Jan Kasteks istefa ərizəsini rəsmən Fransa Prezidenti Emmanuel Makrona təqdim edib.

Trend yerli KİV-lərə istinadla xəbər verir ki, Emmanuel Makronun istefa ərizəsini qəbul edib və bu axşam yeni hökumətin təqdim olunacağı gözlənilir.

Fransa Prezidenti Emmanuel Makron tviter hesabında bununla bağlı yazıb: “Jan Kasteksə, onun hökumətinə, bütün komandasına təşəkkür edirəm. İki ilə yaxın müddətdə o, Fransanın xidmətində sədaqətlə dayandı. Gəlin birlikdə görülən iş və əldə edilən nəticələrlə fəxr edək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti