...

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin müddətini uzadıb

Dünya xəbərləri Materials 22 May 2022 16:08 (UTC +04:00)
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin müddətini uzadıb

Bakı. Trend:

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik müddətini 90 gün - avqustun 23-dək uzadıb.

Trend "Ukrinform"a istinadla xəbər verir ki, bu barədə Radanın deputatı Yaroslav Jeleznyak bildirib.

"Ali Rada hərbi vəziyyətin müddətini avqustun 23-dək uzadıb", - parlamentari "Telegram" səhifəsində bildirib.

O, əlavə edib ki, Ali Rada həmçinin ümumi səfərbərlik müddətini avqustun 23-dək uzadıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti