Bakı. Elnur Bağışov - Trend:
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı artıb.
Trend-in məlumatına görə, hazırda ölü sayı 5-ə çatıb, 29 yaralı var. Bundan başqa, dağıntılar altında 50-dən çox avtomobiln qaldığı bildirilir.
Dağıntılar altında 80 nəfərin olduğu bildirilir.
XXX
13:21
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan şəhərində 10 mərtəbəli bina çöküb.
Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.
M.Xaledinin sözlərinə görə, hadisə yerinə 5 təcili yardım avtomobili və bir avtobus göndərilib.
O əlavə edib ki, hadisə nəticəsində indiyədək 1 nəfər ölüb, 7 nəfər yaralanıb.