...

Bayden silah lobbisinə qarşı hərəkətə keçməyə çağırış edib

Dünya xəbərləri Materials 25 May 2022 08:40 (UTC +04:00)
Bayden silah lobbisinə qarşı hərəkətə keçməyə çağırış edib

Bakı. Trend:

Biz silah lobbisinə qarşı hərəkətə keçməliyik, müqəddəs amallar naminə özümüzə sual verməliyik ki, nə zaman silah lobbisinin qarşısını ala bilərik. Bunu etməyin vaxtıdır.

Trend "TASS"a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Texas ştatının Yuvald şəhərindəki ibtidai məktəbdə baş verən atışma ilə bağlı Ağ Evdə çıxışı zamanı amerikalılara müraciətində bildirib.

ABŞ prezidentinin sözlərinə görə, ölkədə fəaliyyət göstərən hər bir məmura lobbiyə qarşı hərəkətə keçməyin vaxtı çatdığını başa salmaq lazımdır.

"Sadəcə, 18 yaşlı bir gəncin mağazada iki silah ala bilməsi düzgün deyil. Ötən iki onillikdə istehsalçılar bu silahları fəal şəkildə təbliğ etməklə böyük qazanc əldə ediblər. Bunun qarşısını almaq üçün cəsarətli olmalıyıq", - C. Bayden vurğulayıb.

O, həmçinin, atışma zamanı həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, bundan əvvəl Texas ştatının senatoru ibtidai məktəbdə baş verən atışmada 18-i uşaq olmaqla 20 nəfərin həlak olduğunu bildirib. Hadisəni 18 yaşlı yerli sakin Salvador Romasın törətdiyi bildirilir.

ABŞ Prezidenti hadisə qurbanlarının xatirəsinə ölkədə və xaricdə hökumət binalarının qarşısında bayraqların endirilməsi barədə sərəncam verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti