Bakı. Trend:
Tunis prezidenti Kays Səid 57 hakimi korrupsiya və səhlənkarlıqda ittiham edərək vəzifəsindən azad edən fərman verib.
Trend bu barədə yerli KİV-ə istinadla xəbər verir.
Ötən gün baş tutmuş Nazirlər Kabinetinin iclasında preizdent “məhkəmə orqanlarını təqib edən” korrupsiya və səhlənkarlığın təzahürlərini kəskin tənqid edərək, bəzi hakimlərə qarşı bir sıra ittihamlar irəli sürüb.
Kays Səid hakimlərin maliyyə korrupsiyası, rəsmi sənədlərin saxtalaşdırılması, terrorçuluqla məşğul olan şəxslərin gizlədilməsi, siyasi və partiya məmurlarının məsuliyyətdən qorunmasında və terror araşdırmalarının qarşısının alınmasında iştirakını təsdiqləyib.